Formal-işarə səviyyəsində əməliyyatlar

denotatın identifikasiyası həyata keçirilmədən bir vəziyyətdən başqasına keçid zamanı vərdiş əsasında aparılan tərcümə əməliyyatı.
Fonematik tərcümə
Formulyar rekviziti
OBASTAN VİKİ
İşarə
İşarə — Dildə müəyyən mənanın ifadəçisi, göstəricisi, semiotikanın əsas məfhumu. Dilçilikdə işarə olunanla işarə edən arasında kauzal əlaqəni bildirən siqnal və ya əlamət. Məsələn, dərinin sarı rəng olması müəyyən xəstəliyin simptomu ola bilər. Ancaq "sarı" rənglər spektrində konkret bir rəngin adıdır. F. de Sössür dili işarələr sistemi kimi götürür və onun aşağıdakı əlamətlərini müəyyən edir: a) ikitərəflilik. İşarə bir tərəfdən səsi və ya qrafik reallaşan (işarələyən), o biri tərəfdən isə ideyanı, cismin konsepsiyasını bildirir (işarələnən). Məlumdur ki, Ç.Pirs (1839-1914) işarənin güclü tərəfindən çıxış edirdi; işarənin substansiyası, işarələnən və danışan; b) ixtiyarilik. İşarələyənlə işarələnən arasındakı əlaqə şərti olsà da, ixtiyaridir, çünki onlar arasında əlaqənin heç bir motivi yoxdur; c) xəttilik. Mənaca dərk edilən hər bir işarə müəyyən zaman daxilində baş verir.İşarə nəzəriyyəsində üç, bəzən isə dörd aspekt fərqləndirilir: sintaktik aspekt işarələr arasındakı əlaqəni öyrənir (sintaksis), semantik aspekt işarə ilə onun ifadə etdiyi məna arasındakı əlaqəni (semantika), praqmatik aspekt işarə ilə onun spesifik tətbiqi məqam arasındakı əlaqəni (praqmatika) və nəhayət, siqmatik aspekt (işarə ilə xarici aləm arasındakı əlaqəni öyrənir) (siqmatika).
Formal
Formal – 1)rəsmi, qanuni formaya uyğun olan. Məsələn, formal sübut, formal təsir; 2)yalnız forma (zahir) üçün olan, işin həqiqi vəziyyəti ilə hesablaşmayan, rəsmiyyətçilik xatirinə olan. Formal məntiq – təfəkkürün elementar qanun və formaları haqqında elm. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Xəncər (işarə)
Tipoqrafik xəncər – † simvolu. "Mətbəə xaçı", "obelisk", "ölü işarə" də adlandırırlar. Bəzən haşiyəni (səhifənin aşağısında xətt altında yazılan mətni, qeydi, izahatı) göstərmək üçün istifadə olunur. Azərbaycan mətbəəçiliyində, praktik olaraq, işlədilmir, "qoşa xaç"dan isə, ümumiyyətlə, istifadə olunmur. Bəzi nəşrlərdə onunla ölüm tarixini göstərirlər, doğum tarixi isə ulduz (*) işarəsi ilə qeyd olunur. Avropa mətbəəçiliyində "xəncər"dən əsasən ikinci haşiyə işarəsi (* ulduzdan sonra), "qoşa xaç"dan isə üçüncü haşiyə işarəsi (* ulduz və † xəncərdən sonra) kimi istifadə olunur. Linqvistikada və bəzən etnoqrafiyada ölmüş dilləri və yox olmuş xalqları göstərmək üçün bu işarədən istifadə olunur. Mötərizədə xəncər (†) isə, demək olar ki, ölmüş dilləri və ya yox olmuş xalqları göstərir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Formal dillər
Formal dillər — insanın müxtəlif fəaliyyət sahələri üçün yaradılmış və öz əlifbası, qrammatik qaydaları, sintaksisi olan xüsusi dillərdir. Riyazi məntiq və riyazi proqramlaşdırma dillərini formal dillərə aid ən önəmli nümunələr olaraq qeyd etmək olar. Formal dillərin hamısı müəyyən şəxslər tərəfindən yaranıb. Formal dillər elm və texnikada geniş istifadə olunur.Elmi tətqiqatlarda və praktiki fəaliyyətdə formal dillər təbii dillərlə paralel istifadə olunur. Bunlardan biri digərini tam əvəz edə bilməz. Təbii dil daha güclü ifadə imkanlarına malik olsa da,formal dil biliyin daha dəqiq təqdimatı cəhətdən üstündür. == Tarixi == Riyaziyyatın bütün inkişaf tarixində müxtəlif obyektləri və anlayışları işarə etmək üçün həmişə simvolik işarələrdən istifadə olunmuşdur.Lakin işarələrdən başqa hər zaman təbii dillərdən də istifadə olunmuşdur.Elmin inkişafının müəyyən mərhələsində,əsasən ΧVΙΙ əsrdən başlayaraq,riyazi analizin ciddi məntiqi təhlilini və teoremlərin hökmlərini əsaslandırmaq üçün yeni bir yanaşmaya ehtiyac yarandı.Riyazi nəzəriyyələrin ciddi formalarla təqdimatı olmadan bir sıra məsələlərin həllinin mümkünsüzlüyü aydın oldu.Beləliklə,ΧΧ ərdən etibarən formal dillər yaranmağa başladı. == Formal dillər üzərində əməliyyatlar == === Dil, onun əlifbası və söz === Hər bir dil informasiyanı qarşı tərəfə çatdırmaq üçün istifadə olunur.Qarşı tərəf dedikdə insan,kompüter və s. nəzərdə tutulur.Dil informasiyanı birbaşa,yaxud dolayı yolla çatdırır.Dillər sintaksis və semantikadan ibarət olur.Sintaksis cümlənin quruluşunu müəyyənləşdirmək üçün istifadə olunur,semantika isə cümlənin mənasını müəyyənləşdirir.Semantika sözlərin və cümlələrin məzmununu düzgün qurmağa xidmət edir.Simvollar çoxluğuna əlifba deyilir,əlifba-simvolların nizamlanmış çoxluğudur.Əlifbaya ixtiyari simvollar:hərflər,ədədlər,heroqliflər,yol nişanları və s. daxil ola bilər.Simvolların müəyyən sintaksis qaydalar ilə düzülüşündən əmələ gələn konstruksiyaya söz deyilir.Sözdəki simvolların sayına sözün uzunluğu deyilir.Tutaq ki,A={a1,a2,…,an} hər hansı əlifbadır.Verilmiş əlifbada bütün sonlu sözlərdən(yəni uzunluğu sonlu olan)ibarət çoxluğa universum deyilir,bunu A* ilə işarə edək.Aydındır ki,bu çoxluğun gücü hesabidir.Verilmiş B={0,1} əlifbasının universumu B*={0,1,00,01,10,11,000,001,…} olar.Heç bir simvolu olmayan sözə "boş söz" deyilir və {e} ilə işarə olunur.Universumdan {e} sözünün kənarlaşması ilə alınan çoxluq A+=A*\{e}.
Formal məntiq
Formal məntiq — İnsan mühakimələrinin konkret məzmununu nəzərə almadan onların formasını — (strukturunu), quruluşunu öyrənir. Başqa sözlə, formal məntiq konkret məzmunu nəzərə almadan əqli nəticə və isbat qaydalarında, mühakimə, anlayışlar arasında əlaqənin və məntiqi nəticə çıxarılmasının qanunlarını öyrənir. Formal məntiqin əsasını Aristotel qoymuşdur. Formal məntiq – təfəkkür haqqında elm. == Ədəbiyyat == R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Formal qrammatika
Formal qrammatika — dedikdə elə qaydalar sistemi başa düşülür ki, onun vasitəsi ilə verilmiş formal dilin(yalnız bu dilin) düzgün sözləri qura bilir. Qrammatika vasitəsi ilə qurulan formal dilin sözlər çoxluğu sonlu, sonsuz, və ya boş çoxluq ola bilər. Qrammatika sözlər çoxluğunu ixtiyari qaydada qura, yaxud müəyyənləşdirə bilər. Beləliklə, qrammatika sözlərin daxili quruluşunun qanunlarını açıqlayır ki, bunlara sintaksis deyilir. Formal qrammatika— müəyyən sintaksis nəzəriyyə çərçivəsində qurulan qrammatik riyazi modeldir. == Formal qrammatikanın növləri == Alqoritmik nöqteyi-nəzərdən formal qrammatikaların aşağıdakı növləri var: Tanıyan qrammatikalar: Bu qrammatikalar bir növ elə qurğudur ki, bunun girişinə daxil olan söz verilmiş dilə aiddirsə, "hə", aid deyilsə- "yox" çap olunur. Sadalayan qrammatikalar: Bu qrammatikalar verilmiş dilin bütün sözlərini bir-bir çap etməklə(sadalamaqla) iş görür. Aydındır ki, dilin sözlərinin sayı sonsuz olarsa, qrammatika heç zaman dayanmayacaq. Ancaq qrammatikanı məcburi o zaman dayandırmaq olar ki, lazım olan söz çap olunmuşdur. Doğuran qrammatikalar: Bunlar elə "qurğu"dur ki, dilin lazımlı sözlərini qurur.
Arazboyu əməliyyatlar
Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsinə kimi davam edən, Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan mühüm əməliyyatlar. Nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Üstəlik ordunun Qubadlı, Zəngilan və Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi üçün yollar açılır. Arazboyu əməliyyatlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. == Tarixi == 2020-ci ilin 27 sentyabrından başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük Mərcanlı və Nüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir..
Hərbi əməliyyatlar
Hərbi əməliyyatlar — strateji səviyyədə müharibə aparmaq üçün dövlətin silahlı qüvvələrindən (müxtəlif hərbi qüvvələr və güc strukturları da daxil olmaqla) mütəşəkkil istifadə. == Tərkibi == Hərbi kampaniya — ortaq strateji bir məqsədlə birləşdirilmiş əməliyyatlar toplusudur. Əməliyyat — ümumi strateji (əməliyyat-strateji) məqsədlə birləşdirilmiş döyüşlərin, hərbi toqquşmaların birləşməsi. Əsas zərbə — əsas qüvvələr qrupunun və ya donanma qüvvələrinin həlledici hərbi əməliyyatları (döyüş əməliyyatları) təyin edən hərbi strategiya konsepsiyasındadır. Əsas zərbə düşmənin qoşunlarını (qüvvələrini) məğlub etməyi və döyüşün son hədəfinə çatmağı hədəfləyən bir istiqamətə çatdırılır. Döyüş — ümumi əməliyyat və strateji məqsədlə birləşdirilmiş döyüş və hərbi toqquşmaların birləşməsi. Döyüş əməliyyatı — ümumi bir əməliyyat və strateji məqsəd və ya taktiki məqsədlərlə birləşdirilmiş döyüşlərin birləşməsidir. Döyüş və hərbi əməliyyatlar — vaxt və məkanda məhdud bir mütəşəkkil silahlı toqquşma Əlbəyaxa döyüş — hərbi personalın toqquşması. == Növləri == hücum — silahlı qüvvələrin hücum hərəkətlərinə əsaslanan hərbi əməliyyatların əsas növü. Düşməni məğlub etmək üçün (işçi qüvvəsinin, hərbi texnikanın, infrastrukturun məhv edilməsi) və düşmənin ərazisindəki vacib ərazilərin, xətlərin və obyektlərin ələ keçirilməsində istifadə olunur; müdafiə — silahlı qüvvələrin müdafiə (qoruyucu) hərəkətlərinə əsaslanan hərbi əməliyyatların əsas növü.
Dünya Səviyyəsində Şəbəkə
Ümumdünya hörümçək toru və ya Ümumdünya Şəbəkəsi (ing. World Wide Web, qısaca: WWW və ya veb) — internet üzərindən məlumat mübadiləsini təmin edən informasiya sistemi. Bu, İT mütəxəssisləri və həvəskarlarından başqa istifadəçilərə də müraciət etməsi üçün nəzərdə tutulmuşdur. Ümumdünya hörümçək toru sənədlərə və digər veb-resurslara "Hypertext Transfer Protocol" (HTTP) xüsusi qaydalarına uyğun olaraq internet üzərindən daxil olmaq imkanı verir.Sənədlər və endirilə bilən media veb-serverlər vasitəsilə şəbəkəyə təqdim edilir və onları veb-brauzerlər kimi proqramlar vasitəsilə əldə etmək mümkündür. Ümumdünya internetdəki serverlər və resurslar vahid resurs lokatorları (URL) adlanan simvol sətirləri vasitəsilə müəyyən edilir və yerləşdirilir. Orijinal və hələ də çox yayılmış sənəd növü "Hypertext Markup Language" (HTML) ilə formatlanmış veb-səhifədir. Bu işarələmə dili sadə mətni, şəkilləri, quraşdırılmış video və audio məzmunu, mürəkkəb istifadəçi qarşılıqlı əlaqəsini həyata keçirən skriptləri (qısa proqramları) dəstəkləyir. HTML dili həmçinin digər veb resurslarına dərhal çıxışı təmin edən hiperlinkləri (yerləşdirilmiş URL-lər) dəstəkləyir. Veb naviqasiyası və ya veb-sörfinq bir çox veb-saytlarda bu cür hiperlinkləri izləmək üçün istifadə olunan ümumi təcrübədir. Veb proqramlar proqram təminatı kimi fəaliyyət göstərən veb-səhifələrdir.
Dəniz işarə bayraqları
Beynəlxalq dəniz işarə bayraqları — 1857-ci ildən tətbiq olunmağa başlanılmışdır. Bu işarələr donamada gəmilərarası məlumat ötürməyə xidmət edirdi. 1887-ci ilə qədər "Ticarət gəmiləri üçün işarə kodlarının sistemi". İlkin işarə qövsü 18 bayraqcıqdan ibarət olmuşdur. 1 yanvar 1901-ci ildən bütün dəniz ölkələri bu işarə tağını qəbul etmişdirlər. 1931-ci ildə 8 ölkənin nümayəndəsi olan beynəlxalq komissiya işarələr tağını təkmilləşdirmişdirlər.
Kompüterin formal modeli
1936-cı ildə alqoritmlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş kompüterin formal modeli, amerikalı alim Emil Post (Emil Leon Post), praktiki modeli isə ingilis riyaziyyatçısı Alan Türinq (Alan Turing) tərəfindən eyni zamanda yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı - mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı
Amerika Birləşmiş Ştatları Xüsusi Əməliyyatlar Komandanlığı (ing. United States Special Operations Command, qısaca USSOCOM və ya SOCOM) — ABŞ Müdafiə Nazirliyinin on Vahid Döyüş Komandanlığından biridir. Onun vəzifəsi ABŞ dövlətinin mənfəəti və mənafeyi üçün xüsusi əməliyyat qüvvələri hazırlamaq, terror şəbəkələrinə qarşı əməliyyatların planlaşdırılması və sinxronlaşdırılmasıdır. 16 aprel 1987-ci ildə yaradılan komandanlığın qərargahı Florida ştatındakı MacDill Hava Qüvvələri bazasında yerləşir.
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı
Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (ing: Joint Special Operations Command, qısaca JSOC), ABŞ Xüsusi Əməliyyatlar Komandanlığına tabe olan və bütün dünyadakı terror hücrələrinin müəyyən edilməsi və məhv edilməsi ilə məşğul olan bölmədir.. 1980-ci ilin dekabr ayında yaradılan bölmənin qərargahı, Amerika Birləşmiş Ştatlarının Şimali Karolina əyalətindəki Fort Bragg adlanan yerdə yerləşir. Komandanlığı Raymond A. Tomas tərəfindən həyata keçirilir.
Cari əməliyyatlar üzrə pul axını
Ölkələr üzrə cari əməliyyatlar balans siyahısı
Cari əməliyyatlar balansına (genişlənmiş xarici ticarət balansı) görə ölkələrin (ştatlar, asılı ərazilər) siyahısı.
ви́лла насла́щиваться не в лада́х недотяну́ть парнокопы́тные репроду́кция воя́ка наковыря́ть нестроево́й пи подгрёбка ревко́м claused Equatorial Guinea heartache navvy shotten tick-tack-toe topical альфа вундеркинд избрать плагиаторский попискивать тюль